Komandası Premyer Liqadan düşdü, özü Premyer Liqada qaldı

Premyer Liqanın yeni iştirakçılarından “İmişli” heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, əyalət klubu yeni qapıçı ilə anlaşıb.
Aranlılar Premyer Liqadan düşən "Səbail"in üzvü Hüseynəli Quliyevi heyətinə qatıblar.
25 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bölgə təmsilçisi daha əvvəl Ronaldo Rodriges de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli və Rafael Vieqasla güclənib.