"Sabah"da ayrılıq reallaşdı

"Sabah"da ayrılıq reallaşdı

"Sabah" qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. 

Nicat Masazır təmsilçisinin heyətində 2025/2026 mövsümündə Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.

Xatırladaq ki, Mehbalıyev 2020-ci ildən "Sabah"ın uğurları üçün çalışır.