"Neftçi" BƏƏ toplanışında Misir klubu ilə qarşılaşır - YENİLƏNİR
Mövsümün ikinci yarısına hazırlığı Birləşmiş Ərəb Əmirliklərində davam etdirən “Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununu bu gün keçirəcək.
"Mediasport" xəbər verir ki, Bakı klubu Misir təmsilçisi "Piramids”lə qarşılaşacaq.
“Məhəmməd bin Zayed” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Xatırladaq ki, "ağ-qaralar" ilk sınaq duelində Qazaxıstanın “Kayrat” klubuna 3:0 hesabı ilə qalib gəlib.
Yuri Vernidubun baş məşqçisi olduğu kollektivin hazırlıq çərçivəsində sön görüşü yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” komandasına qarşı olacaq.
