"Kəpəz"in oğlanlar komandası qızlar millimizə qalib gəldi

 "Kəpəz"in oğlanlar komandası qızlar millimizə qalib gəldi

"Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət oğlanlar komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.

"Mediasport" xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar. 

Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib.

Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.