"Neftçi" Çempionlar Liqasında oynayan klubla qarşılaşacaq

"Neftçi" Çempionlar Liqasında oynayan klubla qarşılaşacaq

“Neftçi" qış hazırlığı çərçivəsində UEFA Çempionlar Liqasının Liqa mərhələsində yarışan komanda ilə qarşılaşacaq.

"Mediasport" xəbər verir ki, toplanışı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçəcək Yuri Verndiubun komandası Qazaxıstanın "Kayrat" kollektivi ilə yoxlama matçında üz-üzə gələcək.

Oyunun vaxtı yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, "ağ-qaralar" BƏƏ-də 3 yoxlama görüşü keçirməyi planlaşdırıb.