Benzia 83 dəqiqə oynadı, yığması seçmə raundda qələbə qazandı

"Qarabağ"ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yığması səfərdə Botsvananın qonağı olub.
Benzianın 83 dəqiqə meydanda olduğu qarşılaşma əlcəzairlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vladimir Petkoviçin baş məşqçisi olduğu kollektiv G qrupunda xal ehtiyatını 12-yə çatdıraraq ikinci sıraya yüksəlib.