Toral Bayramov Türkiyə çempionu ilə müqavilə bağladı - RƏSMİ

Toral Bayramov Türkiyə çempionu ilə müqavilə bağladı - RƏSMİ

"Qarabağ"ın futbolçusu Toral Bayramov "Bursaspor"a keçib.

"Mediasport" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi sosial media hesabı vasitəsilə paylaşım edib.

Azərbaycan milli komandasının üzvü "atlılar"ın heyətində 254 oyuna çıxıb və 37 qol vurub.

O, bu müddətdə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, Bursa təmsilçisi səviyyəcə üçüncü çempionat sayılan 2-ci Liqada mövsümü qızıl medallarla başa vuraraq 1-ci Liqaya yüksəlib.