"Qarabağ" iki sınaq qarşısında

"Qarabağ" iki sınaq qarşısında

"Qarabağ" bu gün daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası öncə "Xarkov"la (Ukrayna) qarşılaşacaq.

Ağdam təmsilçisi daha sonra "Ferensvaroş"la (Macarıstan) üz-üzə gələcək.

Xatırladaq ki, "atlılar" Avstriya toplanışı çərçivəsində baş tutan ilk yoxlama matçında "Tirol"u darmadağın edib (4:0).

Yoxlama oyunu

15:00 "Qarabağ" - "Xarkov"

19:30 "Qarabağ" - "Ferensvaroş"