"Sumqayıt" və "Kəpəz" növbəti oyunlarını da "sülh"lə başa vurdu
Premyer Liqa klubları "Sumqayıt" və "Kəpəz" yoxlama oyununda qarşılaşıblar.
"Mediasport" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matçda qapılara top vurulmayıb.
Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisi ilk yoxlama görüşündə "Qəbələ" ilə bərabərə (1:1) qalıb.
Gəncəlilər isə "Şamaxı" ilə "sülh" (0:0) bağlayıblar.


