Vəli Qasımovdan nostalji: "Bu meydan bizə çox şeyi xatırladır"
“İlk növbədə bu oyunu təşkil edənlərə komandamız adından minnətdarlığımı bildirirəm. Litvadan gələn veteran futbolçulara da təşəkkür edirik".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın veteran futbolçusu Vəli Qasımov deyib.
Milli komandamızın sabiq hücumçusu Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi münasibətilə keçirilən “Neftçi” (Azərbaycan) - "Spartak" Vilnüs (Litva) veteranların görüşü zamanı jurnalistlərə açıqlama verib:
"Bu meydan bizə çox şeyi xatırladır. Bu gün buraya toplaşan futbolçular vaxtilə bu arenada çox çıxış ediblər.
Bu gün bizim üçün həqiqətən çox özəl və qürurverici bir gündür”.
Xatırladaq ki, matç "Neftçi"nin 10:9 hesablı qələbəsi ilə yekunlaşıb.
75 il əvvəl - 1951-ci ildə Respublika stadionunun açılışında məhz bu iki komanda üz-üzə gəlib.

