Bir bilet al, "Qarabağ"la iki oyunu stadiondan izlə - "Neftçi"dən jest
"Neftçi"nin aprelin 26-da və 30-da "Qarabağ"la keçiriləcək Premyer Liqa oyunlarının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi “Palms Sports Arena”da baş tutacaq hər iki matç üçün azarkeşlərinə jest edəcək.
Azarkeşlər bir bilet almaqla hər iki qarşılaşmanı stadiondan canlı izləyə biləcəklər.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki matçın biletləri satışa çıxarılıb.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
İlk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.
Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir.
Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir.
Stadionun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
