"Sabah" ilk yoxlama matçına çıxır

  "Sabah" ilk yoxlama matçına çıxır

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq.

"Mediasport" xəbər verir ki, "bayquşlar" Rumıniyanın "Universitatya Krayova" klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan çempionu iyunun 28-də Macarıstanın "Ferensvaroş", iyulun 2-də isə Ukraynanın "Polessye" kollektivi ilə üz-üzə gələcək.