"Neftçi"nin legioneri Türkiyə və Polşa klublarının maraq dairəsində
"Neftçi"nin qapıçısı Kenan Piriç yanvarda komandadan ayrıla bilər.
"Mediasport" xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Türkiyə və Polşa klublarının maraq dairəsindədir.
Məlumata görə, 31 yaşlı futbolçunu heyətinə qatmaq istəyən Polşa təmsilçisi "Vidzev”dir.
Bosniyalının transferində maraqlı olan Türkiyə klubları isə "Sivasspor" və "Qaziantep"dir.
Tərəflərin yanvarda rəsmi danışıqlara başlayacağı deyilir.
Xatırladaq ki, Piriç "Neftçi"yə mövsümün əvvəlində Türkiyənin "Antalyaspor" klubundan transfer edilib.
