"Millidə qələbədən vacib heç nə yoxdur" - MAHİR EMRELİ

 "Millidə qələbədən vacib heç nə yoxdur" - MAHİR EMRELİ

"Sabah bizi çox önəmli oyun gözləyir, bunun fərqindəyik. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Bu gün son məşqimiz olacaq, yaxşı hazırlaşmağa çalışacağıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni qazanacağıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli deyib.

O, sabah Kaunasda UEFA Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında düşüncələrini bölüşüb:

"Tacikistanla matçın son dəqiqəsində dizimdən zədə aldım. Lakin vəziyyət yaxşıdır və oyuna tam hazıram. Düşünürəm ki, problem olmayacaq.

– Tacikistanla matçda ikinci hissə meydana çıxdın və fəal oynadın. Göründü ki, istəklisən. Sabah qol vuracağını və ya məhsuldar ötürmə edəcəyini hiss edirsən?

– Tacikistanla oyunda yaxşı təşkil olunmuş hücumlar etdik. Məşqdə hazırlaşdığımız bəzi elementləri tətbiq edə bildik. Belə məqamlar hücumçular üçün də yaxşıdır. Düşünürsən ki, qol vura bilərəm. Millidə qələbədən vacib heç nə yoxdur. Qol vura, məhsuldar ötürmə edə bilsəm, əlavə motivasiya olacaq.