VİDEO: "İmişli" "Qəbələ"nin erkən çempionluğuna imkan vermədi

VİDEO: "İmişli" "Qəbələ"nin erkən çempionluğuna imkan vermədi

Futbol üzrə Azərbaycan 1-ci liqasında 22-ci tura bu gün yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.

Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etmiş lider "Qəbələ"nin çempionluğu İmişlidə baş tutmayıb.

Kaxaber Çxadadzenin komandası mövsümdə ilk məğlubiyyətini Aran bölgəsində alıb.

2-ci pillədə qərarlaşmış "Karvan" xal itkisi ilə üzləşərək mövqeyini "İmişli"yə təhvil verib.


Azərbaycan 1-ci Liqası. 22-ci tur


17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” 2:0

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”


16:00. “Baku Sporting” – “Qaradağ Lökbatan” 0:1

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu


16:30. “Difai” – “Zaqatala” 0:1

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu


18 aprel (cümə) 

16:00. MOİK – “Karvan” 1:1

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu



16:30. “İmişli” – “Qəbələ” 1:0

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu