Mirnuray Abasova Gimnaziada İdman Oyunlarının qalibi oldu

Yeniyetmə şpaqaçımız Mirnuray Abasova Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadada qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadanımız qız şpaqaçıların şəxsi yarışında birbaşa ən güclü səkkizliyə yüksəlib.
Mirnuray 1/4 finalda Rumıniya təmsilçisi Ariana Covaciyə 15:10 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Şpaqaçımız finalın bir addımlığında serb Una Petkoviçi mübarizədən kənarlaşdırıb - 15:11.
Mirnuray Abasova qızıl medal uğurunda qarşılaşmada Çin qılıncoynadanı Şiyin Zhunu eyni hesabla məğlub edərək 15 yaşadək qız şpaqaçıların mübarizəsində birinci yerə layiq görülüb.