"Neftçi"nin Yunanıstan klubu ilə qarşılaşmasının saatı açıqlandı

"Neftçi"nin Yunanıstan klubu ilə qarşılaşmasının saatı açıqlandı

Yay təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi”nin hazırlıq çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib.

“Mediasport” xəbər verir ki, sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Polşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.