Nəriman Axundzadə ABŞ-yə getdi

Nəriman Axundzadə ABŞ-yə getdi

Fevralın 10-da ABŞ-nin Yüksək Liqa (MLS) təmsilçisi "Kolumbus Kryu" klubuna transferi elan olunan "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə okeanın o tayına yola düşüb.

"Mediasport" xəbər verir ki, 22 yaşlı hücumçu səhər saatlarında ABŞ-yə gedib.

İşçi icazəsinin gecikməsi səbəbindən səfəri yubanan forvardın bundan sonra Amerika qitəsində yaşamasında problem qalmayıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü 2029-cu ilin yayına qədər Kolumbus klubuna məxsus olacaq.