Vüsal 78 dəqiqə oynadı, komandası qələbə qazandı

Vüsal 78 dəqiqə oynadı, komandası qələbə qazandı

Futbol üzrə Albaniya Superliqasında 20-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Tiranada “Teuta”nı qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb, Vüsal 78 dəqiqə meydanda olub.

Xal ehtiyatını 26-ya çatdıran Paytaxt klubu 5-ci pillədə qərarlaşıb.

"Partizani" lider "Eqnatia"dan 12 xal geri qalır.