Nəriman oynadı, komandası səfərdən xalla qayıtdı - VİDEO

Nəriman oynadı, komandası səfərdən xalla qayıtdı - VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.

Matçda qalib müəyyənləşməyib - 1:1. Axundzadə meydana 85-ci dəqiqədə daxil olub.

Mövsümdə ilk xalını qazanan Ərzurum təmsilçisi 1 xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, transfer hüquqları ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsus forvard Türkiyədə icarə əsasında oynayır.