Millimizin hazırlığın 2-ci mərhələsi üçün heyəti açıqlandı - SİYAHI
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışının ikinci mərhələsi üçün heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, komanda sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.
U-20 millisi hazırlıq zamanı oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Qapıçılar: Həbib Hüşənov (“Qəbələ”), Aftandil Arıxov (“Sumqayıt”), Ayxan Abbaszadə (“İmişli”);
Müdafiəçilər: Uğur Qurbanlı (“Qarabağ”), Səttar Tahirzadə (“Marset”, İspaniya), Murad Qurbanov (“Zirə”), Həzrət Səmədov (“Sabah”), Rəşad Alışov (“Qarabağ”), Vüsal Paşayev (“Sumqayıt”), Əhməd Tarverdiyev (“Sabah”);
Yarımmüdafiəçilər: Nadir Orucov (“Sumqayıt”), Raul İsaqov (“Kəpəz”), Əliəkbər Rzazadə (“Qarabağ”), Pünhan Qasımzadə (“Neftçi”), Abduləziz Cabbarlı (“Qarabağ”), Anar Hüseynov (“Sabah”), Əli Qazibəyov (“Qarabağ”);
Hücumçular: Həsən Nəzərli (“Keçiören Spor”, Türkiyə), Əli Bəşirov (“Qarabağ”), Vüsal Kərimov (“Neftçi”), Ziya Şəkərxanov (“Qəbələ”), Əli İbrahim (“Qarabağ”), Şahnur İsmayılov (“Kəpəz”), Şahin İbrahimov (“Sabah”), Nihad Orucəli (“Sumqayıt”).

