Aleksey İsayev 200-ə çatdı

  Aleksey İsayev 200-ə çatdı

"Sabah"ın futbolçusu Aleysek İsayev komandanın heyətində 200-cü oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 32-ci turunun "Neftçi" ilə görüşünə (1:2) təsadüf edib.

Debütü 2018/19 mövsümündə "Sumqayıt" forması ilə gerçəkləşən Aleksey dünənki matçda qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

O, Premyer Liqada 3 klubun formasını geyinib. İsayev "Sabah"da 118 (14 qol), "Qarabağ"da 44 (1 qol), "Sumqayıt"da 38 dəfə şans qazanıb.