Mahir Emreli Almaniya klubunun heyətində növbəti qolunu vurdu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Kayzerslautern”in heyətində növbəti qolunu vurub.
"Mediasport" xəbər verir ki, 28 yaşlı hücumçu komandanın yay hazırlığı çərçivəsində yerli “Hermersberq”lə keçirdiyi matçda fərqlənib.
Meydana start heyətdə çıxan forvard altıncı qolun müəlifi olub (10:0).
Xatırladaq ki, Mahir iki gün əvvəl Lüksemburqun həvəskar "Saarland" kollektivi ilə qarşılaşmada da adını tabloya yazdırmışdı (19:0).