"Sabah"da 2 illik yeni müqavilə

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.