Azərbaycan millisi Türkiyə turnirində üçüncü yeri tutdu
14 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təşkil olunan “EVOQ Challenge Cup” turnirində uğurlu çıxış edib.
"Mediasport" xəbər verir ki, yığmamız Yalova şəhərində keçirilən yarışda üçüncü yeri tutaraq kubok və bürünc medal qazanıb.
“Fənərbağça” çempion olub, “İstanbul Büyükşehir Belediyesi” 2-ci yeri tutub.
