Azərbaycan Basketbol Liqasında 14-cü turun görüşləri keçirildi

Azərbaycan Basketbol Liqasında 14-cü turun görüşləri keçirildi

Azərbaycan Basketbol Liqasında 14-cü turun görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, turun son matçı A qrupunda "Neftçi" ilə "Abşeron Lions" arasında olub.

Bakı İdman Sarayında baş tutan qarşılaşmada qələbə qazanan ikincilər liderliyi qoruyublar - 107:96.

Turun digər görüşlərində "Sumqayıt" "Ordu"ya (100:96), "Quba" "Lənkəran"a, (86:68) "Naxçıvan" "Sərhədçi"yə (65:57), "Sabah" "Gəncə"yə (101:77), NTD isə "Şəki"yə (95:93) qalib gəlib.