"Oyun irəlilədikcə qələbəyə inamımız daha da çoxaldı"

"Oyun irəlilədikcə qələbəyə inamımız daha da çoxaldı"

"Oyun çətin keçdi. "Benfika" çox yaxşı komandadır. Bu cür mübarizədə nəyəsə nail olmağın bizim üçün çətin alınacağını bilirdik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andrade deyib.

Portuqaliyalı vinger Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib:

“Matçın əvvəli bizim üçün çətin oldu, lakin oyun irəlilədikcə qələbəyə inamımız daha da çoxaldı. Geri dönüş sayəsində qələbəsi qazandıq. Səfərə xal qazanmaq üçün yollanmışdıq. Çox xoşbəxtik".

Xatırladaq ki, Azərbaycan çempionunun ilk qolunu Andrade vurub.