Toplanışın son görüşündə 1-ci Liqa klubu ilə qarşılaşacaqlar

 Toplanışın son görüşündə 1-ci Liqa klubu ilə qarşılaşacaqlar

“Araz-Naxçıvan” qış toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv 1-ci Liqa klubu "Zaqatala" ilə qarşılaşacaq.

Yanvarın 18-də Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq görüş saat 13:00-da start götürəcək.

Xatırladaq ki, Naxçıvan təmsilçisi daha əvvəl “Qəbələ”yə uduzub (0:1), əvəzedici komandaya qalib (7:0) gəlib.