"Zirə"nin legioneri "FİFA Series" turnirində ən yaxşı seçildi
"Zirə"nin futbolçuları Anj Mutsinzi və Leroy-Cek Mikelsin formasını geyindiyi Ruanda milli komandası "FİFA Series - 2026" beynəlxalq turnirinin qalibi olub.
"Mediasport" xəbər verir ki, yığma Kiqalidə keçirilən final görüşündə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.
Qələbə topunu vuran Mikels matçın oyunçusu seçilib.
Xatırladaq ki, Ruanda yığması qrupda Qrenadaya 4:0 hesabı ilə qalib gəlmişdi.
Mikelsin digər qardaşları - Coy-Lens ("Sabah") və Coy-Slayd ("Karvan-Yevlax") da qarşılaşmada iştirak ediblər.
