Paytaxt təmsilçisi heyətini bölgə klubunun bombardiri ilə gücləndirdi

1-ci Liqada yeni mövsümə hazırlaşan “Səbail” heyət çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, Bayıl klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.
Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımov "dənizçilər"in formasını geyinəcək.
Hücumçu ilə anlaşma 1+1 illik nəzərdə tutulub.
Qeyd edək ki, 25 yaşlı forvard son mövsüm 1-ci Liqada 15 qolla ən məhsuldar 2-ci futbolçu olub.