"Xankəndi"dən 4 transfer - RƏSMİ

"Xankəndi"dən 4 transfer - RƏSMİ

2025-26 mövsümünə hazırlığını davam etdirən AFFA Region Liqasının qalibi "Xankəndi" növbəti transferlərini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu Əliəkbər Şəbiyevlə bir illik müqavilə imzalayıb.

22 yaşlı futbolçu "Qarabağ" (U-12 və U-14), "Zirə" (U-15, U-16, U-17), "Keşlə" (U-19, indiki "Şamaxı") və "Cəbrayıl"ın da uğurları üçün çalışıb.

Eyni zamanda, "Xankəndi" ötən mövsüm "Karvan-Yevlax"ın heyətində çıxış etmiş hücumçu Bəhruz Teymurovu heyətinə cəlb edib.

31 yaşlı vinger karyerası ərzində "Karvan", "Xəzər-Lənkəran", "Şəmkir", MOİK, "Qaradağ-Lökbatan", "Zaqatala", "Kəpəz" və "Şamaxı"da da top qovub.

Bəhruz "Şamaxı" ilə Azərbaycan 1-ci Liqasında çempion olub, "Zaqatala" ilə gümüş və bürünc medala yiyələnib.

O, "Karvan-Yevlax"ın heyətində də bürünc medal qazanıb.

Bölgə təmsilçisi bununla yanaşı, yarımmüdafiəçilər Elməddin Hüseynzadəni və Hüseyn Hüseynlini də transfer edib.