Azərbaycan 1-ci Liqasında 4-cü turun oyun proqramı açıqlandı

Azərbaycan 1-ci Liqasında 4-cü turun oyun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 4-cü turun proqramı və hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, tur 4 oyun gününü əhatə edəcək.

Bütün görüşlər Peşəkar Futbol Liqasının I Liqa/II Liqa yutub kanalında canlı yayımlanacaq.


Azərbaycan 1-ci Liqası. 4-cü tur


7 oktyabr (çərşənbə)

“Şahdağ Qusar” – “Zaqatala” 

Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Binə qəsəbə stadionu, 15:30 


8 oktyabr (cümə axşamı)

“Səbail” – “Karvan-Yevlax” 

Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Binə qəsəbə stadionu, 15:30


9 oktyabr (cümə)

MOİK – “Mingəçevir” 

Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Törə Əhmədova

Binə qəsəbə stadionu, 15:30


“Şimal” – “Xankəndi” 

Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Şamaxı OİK stadionu, 15:30


10 oktyabr (şənbə)

“Gəncəbasar” – “Baku Sportinq” 

Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Anar Bədəlov, Mahmud Bağırzadə

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Yevlax şəhər stadionu, 15:30