PFL 1-ci Liqanın 9-cusu ilə 2-ci Liqanın 4-cüsü arasında pley-off matçının tarix və saatını açıqladı

Peşəkar Futbol Liqası 2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda arasında pley-off oyununun vaxtını açıqlayıb.
"Mediasport" xəbər verir ki, görüş mayın 28-i, saat 16:00-da "ASCO Arena"da baş tutacaq.
Bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
2025/26 mövsümündə II liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, 1-ci Liqada 9-cu yeri "Difai" komandası tutub. 2-ci Liqanın 4-cüsü isə "Hypers Guba" kollektivi olub.