Kamal Umudlu Slovakiya - İngiltərə matçının baş hakimi olacaq
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə oyunun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
