Əliyar Ağayev İngiltərə klubunun KL-də cavab oyununu idarə edəcək
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin cavab görüşündə iş başında olacaq.
Kiprdə keçiriləcək AEK (Larnaka) - "Kristal Pelas” (İngiltərə) qarşılaşması azərbaycanlı referilərə tapşırılıb.
Baş hakim Əliyar Ağayevin köməkçiləri funksiyasını Zeynal Zeynalov və Akif Əmirəli yerinə yetirəcək.
Dördüncü hakim işini Elçin Məsiyev icra edəcək.
Niderlandlı Jeron Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Oyun martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İlk dueldə qapılara top vurulmayıb.
