İlkin Qırtımov "Zaqatala"da

Azərbaycan milli komandasının sabiq üzvü İlkin Qırtımov karyerasını 1-ci Liqada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 34 yaşlı müdafiəçi "Zaqatala" ilə müqavilə imzalayıb.
Son olaraq "Kəpəz"də oynamış İlkin "Simurq", "Keşlə", "Neftçi", "Zirə" və "Qəbələ"nin də formasını geyinib.