Bölgə klubu Fil Dişi Sahilindən olan vingerlə müqavilə bağladı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Mingəçevir" heyətini Fil Dişi Sahilindən olan legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi vinger Donald Anjı transfer edib.
20 yaşlı futbolçu ilə 6 aylıq müqavilə bağlanılıb.
Son kolaraq Moldovanın 1-ci Liqasında “Saksan”da forma geyinmiş Anj burada 14 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.