Azərbaycan çempionu Qarabağ klubu ilə 1 illik müqavilə bağladı

Azərbaycan çempionu Qarabağ klubu ilə 1 illik müqavilə bağladı

2025-26 mövsümünə hazırlığını davam etdirən "Xankəndi" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi müdafiəçi Müşfiq Teymurovla 1 illik müqavilə imzalayıb.

Müşfiq karyerası ərzində "Qəbələ", "Şəmkir", "Xəzər" (Bakı), MOİK, "Karvan", "Qaradağ Lökbatan" klublarında da çıxış edib.

O, "Qəbələ"nin heyətində ölkə birinciliyinin bürünc və Azərbaycan Kubokunun gümüş mükafatçısı, Bakının "Xəzər" klubunun heyətində çempionatın qızıl medalçısı olub.

"Xankəndi" buna qədər hücumçu Bəhruz Teymurovu da heyətinə cəlb edib.

Xatırladaq ki, komanda yeni mövsümdə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq.