"Turan Tovuz" ispaniyalı futbolçu ilə iki illik müqavilə bağladı

"Turan Tovuz" daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Alexandro Serrano ilə iki illik anlaşma əldə edib.
İspaniyalı yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək tovuzluların şərəfini qoruyacaq.
O, "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub.