"Şamaxı"dan ayrılan futbolçu "Zirə" ilə müqavilə bağladı

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Şamaxı"dan ayrılan Bahim Konateni transfer edib.
Fransalı yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu "Şamaxıya"dək ölkəsinin “Oser”, “Nyor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalqris” və İsrailin “Hapoel” (Afula) klublarında çıxış edib.