Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqaya üz tutdu

 Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqaya üz tutdu

“Karvan-Yevlax”ın yola saldığı Nika Çaçaşvili özünə yeni komanda tapıb.

"Mediasport"a verilən məlumata görə, Azərbaycan vətəndaşı olan futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.

Yevlax klubunun forması ilə 17 tura Premyer Liqada debüt etməyən müdafiəçi "Mingəçevir"ə üz tutub.

Aranlıların heyətində yalnız Azərbaycan Kubokunda 1 dəfə meydana çıxmış 21 yaşlı cinah oyunçusu "nur şəhəri"nin komandası ilə yarım illik müqavilə bağlayıb.

Gürcü ad-soyadı daşıyan, lakin valideynlərindən biri azərbaycanlı olan Nika burada etimadı doğrultsa və komanda Premyer Liqaya yüksəlsə, anlaşmanın müddəti uzadılacaq.