Azərbaycanın FİFA hakimi "Vilyarreal" - PSJ matçında
FİFA referisi Kamal Umudlu UEFA-dan beynəlxalq təyinat alıb.
"Mediasport" xəbər verir ki, 31 yaşlı hakim Gənclər Liqasının oyununu idarə edəcək.
O, sabah İspaniyada keçiriləcək "Vilyarreal" - PSJ (Fransa) matçında iş başında olacaq.
K.Umudluya yan xətlərdə Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

