"Yalnız qələbə barədə düşünürük"
Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqası D2 qrupunun Litva ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
"Mediasport" xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi yalnız qalib gəlmək haqda düşündüklərini deyib:
"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük.
Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".
Qeyd edək ki, sabah 8-ci kilometr stadionunda baş tutacaq Azərbaycan - Litva qarşılaşması saat 17:00-da start götürəcək.

