Premyer Liqaya çıxan komanda daha bir futbolçusu ilə vidalaşdı

Azərbaycan Premyer Liqasına hazırlaşan "Karvan" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, Yevlax klubu Kənan Quliyevlə yollarını ayırıb.
24 yaşlı müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, aranlıları daha əvvəl Emil Qasımov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavərzi, İlham Hüseynov, Məmməd Muradov, Arif Məhəmmədəlipur, Behzod Xulikulov və Roman Hüseynov tərk edib.