Premyer Liqaya vəsiqə qazandı, Zaqatalada darmadağın edildi

Premyer Liqaya vəsiqə qazandı, Zaqatalada darmadağın edildi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 25-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.

Premyer Liqaya vəsiqə qazanan "Karvan" Zaqatalada darmadağınla üzləşib.

Elitanın yeni mövsümdən digər iştirakçısı "İmişli" Mingəçevir səfərində 1 xala qane olub.

Liqadan düşməyə ən real namizəd "Qaradağ Lökbatan" isə evdə məğlub olub.

Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin etmiş "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya əldə ediblər.

Mövsümün sonuna iki tur qalıb.


Azərbaycan 1-ci Liqası. 25-ci tur


8 may (cümə axşamı)

“Qəbələ” - “Cəbrayıl” 3:1

Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.


“Baku Sporting” - “Difai” 1:2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Asif Əliyev

Binə qəsəbə stadionu.


9 may (cümə)

“Qaradağ Lökbatan” - MOİK 0:1

Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Lökbatan OİK stadionu.


“Zaqatala” - “Karvan” 3:0

Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Zaqatala OİK stadionu.


“Mingəçevir” - “İmişli” 0:0

Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).