Peşəkar Futbol Liqası bölgə klubunun üzvünü mükafatlandırdı

Peşəkar Futbol Liqası bölgə klubunun üzvünü mükafatlandırdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında noyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Ayın qolu" layihəsi çərçivəsində keçirilən yarışda "Mingəçevir"in futbolçusu Seymur Məmmədov fərqlənib.

Bölgə klubunun üzvünə mükafatı 12-ci turun "Şahdağ Qusar"la görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.