SON DƏQİQƏ - "Qarabağ"dan 1,8 milyon avroluq futbolçuya təklif

SON DƏQİQƏ - "Qarabağ"dan 1,8 milyon avroluq futbolçuya təklif

"Qarabağ" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı MOİK-in (Sofiya, Bolqarıstan) kamerunlu yarımmüdafiəçi Ceyms Etoya təklif göndərib.

"Mediasport" xəbər verir ki, bu barədə eksklüziv məlumatı "Africafoot" nəşri yayıb.

Bildirilib ki, Bolqarıstan tərəfi ilk təklifdən imtina edib.

Afrikalı Ağdam klubuna keçiddə maraqlı olsa da, sofiyalılar onu 1,5 milyon avro qarşılığında sərbəst buraxmağa hazır olduqlarını bildiriblər.

Etonun Bolqarıstan təmsilçisi ilə anlaşması 2029-cu ilə qədərdir.

Kamerunun əsas milli komandasında bir oyun keçirmiş müdafiəyəmeylli futbolçu Fransanın "Nant" klubunun yetirməsidir.

Fransada "Bulon" və Bolqarıstanda "Botev" klublarında da forma geyinib.

2024-cü ildən MOİK-də oynayır.

"Transfermarkt" portalında dəyəri 1,8 milyon avro göstərilib.