"Sumqayıt"a qalib gələn "İmişli"yə texniki məğlubiyyət veriləcək

"İmişli" klubu Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la keçirdiyi matçda əsasnaməni pozub.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi görüşdə meydana adı protokolda olmayan futbolçu salıb.
Adı qarşılaşmanın iştirak ərizəsində olmayan 22 nömrəli İbrahim Əliyev ikinci hissədə meydana çıxıb.
Yekun qərarı AFFA İntizam Komitəsi verəcək.
Xatırladaq ki, oyun "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.