Kamal Umudlu Konfrans Liqasında cavab oyununu idarə edəcək

Kamal Umudlu Konfrans Liqasında cavab oyununu idarə edəcək

FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

"Mediasport" xəbər verir ki, beynəlxalq dərəcəli hakim UEFA Konfrans Liqasının II təsnifat mərhələsində iş başında olacaq.

O, Albaniyada "Dinamo Siti" və Sloveniyanın “Aluminiy” komandaları arasında keçiriləcək cavab matçını idarə edəcək.

Yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov işləyəcək.

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

İyulun 30-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.