Dünya çempionatı: Millimiz Bakıda inamlı qələbə qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3-cü qrupun 4-cü turu çərçivəsində Andorra seçməsini qəbul edib.
Masazırda keçirilən matç millimizin qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, C Liqasında mübarizə aparan yığmamız qrupda əvvəlki 3 qarşılaşmadan ikisində qələbə qazanıb, birində məğlub olub.
Komandamız Bakıda Şimali Makedoniya (2:0) və səfərdə Andorradan (3:1) üstün olub, Budapeştdə Macarıstana uduzub (0:1).
Növbəti rəqibimiz iyunun 5-də Bakıda Macarıstan futbolçuları olacaqlar.
DÇ-2027. Seçmə mərhələ. C Liqası, 3-cü qrup. 4-cü tur
Azərbaycan - Andorra 2:0
Qollar: Yeliz Acar, 12, Esra Manya, 64.
Baş hakim: Vesna Miletiç
Yan xətt hakimləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak (hamısı Bosniya və Herseqovina)


